Fabreqas baş məşqçi təyin olundu

fabreqas-bas-mesqci-teyin-olundu
Oxunma sayı: 3660

Yeni mövsümdən İtaliya A seriyasında çıxış edəcək “Komo”nun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq. 

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında “Komo”da bitirib. İspaniya millisinin və “Barselona”nın sabiq üzvü 2023-cü ilin dekabrından “Komo”da köməkçi məşqçi kimi çalışırdı.