Fabreqas karyerasını bitirir

fabreqas-karyerasini-bitirir
Oxunma sayı: 1537

İspaniya millisinin sabiq üzvü Sesk Fabreqas mövsümün sonunda karyerasını başa vuracaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "French Football News" məlumat yayıb.

"Monako"nun futbolçusu topuq nahiyəsindən ciddi zədə alıb və çox güman ki, bu mövsüm meydana çıxmayacaq. Onun mövsümün sonunda "Monako" ilə müqaviləsi başa çatacaq. Klub 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamağı düşünmür. 

Qeyd edək ki, 2019-cu ildən "Monako"da çıxış edən Fabreqas bu mövsüm cəmi 5 oyunda meydana çıxıb və qol vura bilməyib.