“Facebook” şirkəti genişzolaqlı internetə çıxış qiymətinin azaldılması və Afrika qitəsində yaşayan sakinlərin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi üçün qitənin ətrafında sualtı kabel çəkməyi planlaşdırır.
“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, üç mərhələli “Simba” layihəsi qitənin şərq, qərb və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkənin ərazisindən keçəcək.
Dəqiq marşrut hələlik məlum deyil.
“Facebook”un nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib, ancaq bildirib ki, şirkət sualtı kabellərdən söhbət getdikdə bütün dünyanı nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər