Facebook-çuların sayı 1 milyardı ötdü

facebook-cularin-sayi-1-milyardi-otdu
Oxunma sayı: 715


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, sosial şəbəkənin auditoriyası son üç ayda 40 milyon nəfər genişlənib. Sosial şəbəkəyə müntəzəm olaraq 1,32 milyard istifadəçi daxil olur.

Qeyd edək ki, son rüblərdə Facebook auditoriyasının artımında xüsusi dəyişiklik müşahidə olunmayıb. Əvvəlki rübdə sosial şəbəkəyə 50 milyon adam, bundan əvvəl daha 40 milyon adam qoşulub. Əvəzində sosial şəbəkənin mobil əlavələrindən istifadə göstəriciləri xeyli artıb. Cari il iyun ayının məlumatına görə, burada auditoriyanın sayı son ildə 41 faiz artaraq, 654 milyon istifadəçiyə çatıb.

Müəyyən olunub ki, hər gün Facebooka təqribən 829 milyon istifadəçi daxil olur. Bu isə o deməkdir ki, fəal auditoriya 19 faiz artıb.