Ötən gecə Facebook-da problem yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, təxminən 1 saat müddətində dünyanın ən böyük sosial şəbəkəsinə girişdə məhdudiyyətlər olub. Facebooka daxil ola bilməyənlərin böyük hissəsi problemin profili ilə bağlı olduğunu və bloklandığını düşünüblər. Artıq məsələ həll olunub.
Lakin hələlik FB-dən baş vermiş hadisənin səbəbləri ilə bağlı heç bir açıqlama yoxdur.
***
İctnews.az saytının məlumatına görə, sosial şəbəkələrin işində problem Bakı vaxtı ilə gecə saat 00:50 radələrində başlayıb.
İstifadəçilər sosial şəbəkədə öz hesablarına daxil ola bilmədiklərini deyiblər. Həmçinin bəzi istifadəçilər “Facebook” şirkətinə məxsus messencerin, “Whatsapp” və “Instagram”ın da əlçatmaz olmasından şikayət ediblər.
Sosial şəbəkənin işində qeydə alınan nasazlıqla bağlı Yaponiya, Qazaxıstan, Finlandiya, Ukrayna, Polşa, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Böyük Britaniya, ABŞ, Kanada, həmçinin Afrika və Cənubi Amerikanın bəzi ölkələrindən şikayətlər daxil olub.
Xatırladaq ki, istifadəçilər, həmçinin sentyabrın 1-də “Facebook” sosial şəbəkəsinə girişlə bağlı problem olduğu barədə məlumat veriblər.
Son xəbərlər
Son Xəbərlər