"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin ilkin baxış qərarından Ali Məhkəməyə verdiyi şikayətə görə təxirə salınıb.
Bundan əvvəl müdafiə tərəfi Apellyasiya Məhkəməsinin «yenidən istintaq aparılmasına ehtiyac olmadığı haqda» çıxardığı qərardan Ali Məhkəməyə şikayət etmişdi.
Növbəti proses Ali Məhkəmənin bu şikayətə baxacağı müddətə kimi təxirə salınıb.
Qeyd edək ki, Əbdül Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir.
Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
Son xəbərlər
Son Xəbərlər