“Facebook” məhbusunun işindən şikayət verilib

facebook-mehbusunun-isinden-sikayet-verilib
Oxunma sayı: 717


Əbdül Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.