“Facebook” məhbusunun məhkəməsi başladı- - Video

facebook-mehbusunun-mehkemesi-basladi-
Oxunma sayı: 1383


 “Qafqazinfo”ya daxil olan məlumata görə, ilkin olaraq hazırlıq iclasında, vəkil Xalid Bağırov tərəfindən məhkəməyə təqdim olunan, Əbilov Əbdül Əbdülmənaf oğlunun həbsdə saxlanılması ilə, Avropa İnsan hüquqları Konvensiyasının 5, 6, 8 və 10-cu maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması təsbit edilsməsi və Əbilov Əbdül Əbdülmənaf oğlunun ilkin ifadələri, əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar və protokol, məhkəmə kimyəvi ekspertizasının rəyi yol verilməz sübut kimi işdən xaric edilməsi barədə vəsatətləri təmin olunmayıb. 

Amma şahid kimi anasının və qaynının dindirilməsi bardə vəsatəti təmin olunub. 

Növbəti məhkəmə iclası aprelin 24-ü saat 11:30-a təyin olunub.

Qeyd edək ki, Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. 

Əbdül Əbdülov «facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.