“Qafqazinfo”ya daxil olan məlumata görə, ilk olaraq vəkil Xalid Bağırovun əlavə şahidlərin dindirilməsi barədə vəsatət müzakirə olunub. Məhkəmə yerində müzakirə edərək vəsatəti təmin edib.
Dindirilən şahid Mahir İsmayılov izahatında qeyd edib ki, hadisə baş verən gün, Əbdülün mülki geyimli şəxslər tərəfindən aparıldığını və sonra evə gətirildiyini, təxmini yarım saat Əbdüllə Ramilin əli qandallı binadan aşağıya düşdüyünü görüb.
Digər şahid Təşkilat Abdullayev Əbdülün həbs olunduğunu eşitdikdən sonra Əbdülün qaynı, Ramilə zəng etdiyini və Ramillə birgə Əbdüldən xəbər almaq üçün 28-ci polis bölməsinə getdiyini bildirib:
“Bir müddətdən sonra Əbdülün qara rəngli maşınla gətirildiyini gördüm. Əbdülü tanıyan birisi kimi qeyd etmək istərdimki, onun həbsini səbəbi siyasətlə məşğul olmağıdır”.
Üçüncü şahid məhkəmə iclasına gəlmədiyi üçün proses mayın 15-i saat 14:00-a təxirə salınıb.
***
Azadxeber.net-in verdiyi məlumata görə, gənc fəalın vəkili Xalid Bağırov bugünkü prosesdə müdafiə tərəfin şahidlərinin dindirilməsi barədə vəsatətin məhkəməyə təqdim olunduğunu bildirdi:
“Belə ki, Əbilovun evinin yerləşdiyi və tutulduğu yerdə polislər göstərirdi ki, onu bloka girərkən saxlayıblar və oradaca üzərində axtarış apararaq, narkotik vasitəni aşkar edərək götürüblər. Lakin təsadüfən elə alınıb ki, Əbdülün yaşadığı bina ilə üzbəüz ərzaq mağazasıdır. Həmin ərzaq mağazasının sahibi və orada olan başqa şəxslər bizim şahidlər kimi hadisəni görüblər. Biz də məhkəmədə həmin şəxslərin dindirilməsini istədik. Onlardan ikisi bu gün ifadə verdi. Biri mağaza sahibi, digəri isə həmin gün onun yanına gəlmiş qardaşı idi. Onlar konkret olaraq bir ifadəyə diqqət yetirdilər ki, əgər polislər deyirdilər ki, saxladıq, Əbdülün üzərində baxış keçirdik, cibindəkini özü çıxarıb təhvil verdi. Sonra da dedi ki, xahiş edirəm, qalxaq yuxarı, yuxarıdakını da təhvil verirəm. Amma şahidlərin dediyinə görə məlum oldu ki, Əbdül Əbilov saxlandıqdan sonra aparılıb, sonra qaytarılıb hadisə yerinə. Qaytarılanda maşından düşəndə isə əli qandallı olub. Polislər onu da ifadə edirdilər ki, Əbdül polis bölməsinə gedənə qədər qandallı olmayıb. Bu baxımdan da görünürdü ki, polislərin ifadələri yalandır.
Son xəbərlər
Son Xəbərlər