“Facebook” statuslarını “WhatsApp” mesajı edə biləcəksiz

facebook-statuslarini-whatsapp-mesaji-ede-bileceksiz
Oxunma sayı: 1087


“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, "WhatsApp"ı müstəqil platforma olaraq saxlamağa söz verməsinə baxmayaraq, "Facebook" servisi sosial şəbəkəsinə inteqrasiya etmək qərarına gəlib.

İstifadəçilərin artıq "like" düyməsinin yanında yerləşəcək "göndər" düyməsi vasitəsi ilə "Facebook" xəbərlərini və statuslarını "WhatsApp" mesajlarına çevirmək imkanının yaradılması nəzərdə tutulub. Hazırda bu funksiya beta-testləşmə mərhələsindədir.