“Facebook”da xoşbəxt görünmək istəyən qadınlara...

facebookda-xosbext-gorunmek-isteyen-qadinlara
Oxunma sayı: 1073


“Qafqazinfo”nun məlumatına görə, Əzizova “Facebook” səhifəsində yazdığı statusda bildirib ki, özünü xoşbəxt kimi göstərən xanımlar üçün narahat olur: “Qızlar, xanımlar, zənən xeylaqları, statuslarda “Mən pozitivəm, mən super pozitivəm, mən super mega pozitivəm” yazanda sizə görə narahat oluram, sizin daxili ağrılarınızı hiss edirəm. Yaddan çıxarmayın mən 13 il xoşbəxtlik görməyən qadınlarla işləmişəm. 

P.S: Smayliklərin sayını statuslarda azaldın. Bəzən bu da problemlərin işarəsi olur.” 

Könül