Keçmiş ABŞ Prezidenti Donald Trampın gəlini Lara Trampla olan reportajının videosu “Facebook” tərəfindən bloklanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilib ki, L.Trampa göndərilən elektron məktubda “Donald Tramp”ın səsinin yer aldığı hər hansı bir material”ın şirkətin qərarına əsasən silinəcəyi bildirilib.
“Facebook” və “Instagram” platformalarımızda Trampın yeni və ya köhnə səsyazmalarının yer aldığı paylaşımlara icazə verilməyəcək. Sözügedən materiallar yayımlanacağı halda, silinəcək və paylaşımı edən şəxslərə əlavə məhdudiyyətlər qoyulacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, ABŞ-da yanvarın 6-da baş verən Konqres binası basqınından sonra “Facebook” və “Instagram” Trampın hesablarını “qeyri-müəyyən müddətədək” bloklayıb. “Facebook”un təsisçisi Mark Zukerberq prezidentin bu dönəmdə xidmətlərdən istifadəsinə icazə verməyi riskli hesab etdiyini dilə gətirmişdi.
Daha sonra “Twitter”, “Snapchat” ve “Youtube” da onun hesablarını bağlamışdı.
Son xəbərlər
Son Xəbərlər