Faciəli şəkildə ölən alimə vida mərasimi - - Fotolar

facieli-sekilde-olen-alime-vida-merasimi-
Oxunma sayı: 2632


“Qafqazinfo”ya daxil olan məlumata görə, matəm mərasimini açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan elminə və şəhər ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Samir Pişnamazzadənin elmi fəaliyyətlə yanaşı, Gəncədə gedən abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini söyləyən icra başçısı onun yeni yaradılan Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin və Qala Qapıları Arxeologiya və Etnoqrafiya Abidə-Kompleksinin təşkilində əvəzsiz xidməti olduğunu qeyd edib.

O, dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubileyində, Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi tədbirlərində yaxından iştirak etdiyini xatırladıb.

Elmar Vəliyev Samir Pişnamazzadənin yaxınlarına və doğmalarına başsağlığı verib, mərhumun xatirəsinin həmişə əziz tutulacağını bildirib.

Mərasimdə çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, GDU-nun professoru Həsənbala Sadıqov Samir Pişnamazzadənin elmi fəaliyyətindən danışıblar.

Vida mərasimindən sonra mərhum Samir Pişnamazzadə Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!