Faciənin 40 günü tamam olur

facienin-40-gunu-tamam-olur
Oxunma sayı: 1643


AzNews.az xəbər verir ki, onun həyat yoldaşı Könül Rüstəmxanlının yas mərasimi sabah jurnalistin yaşadığı ünvanda - Nəsimi rayonu, Füzuli küçəsi-73 ünvanında (Kapital bankın binasının həyətində) keçiriləcək.

Yas mərasimində qadınlar saat 14.00-dək, kişilər isə saat 14.00-dan sonra iştirak edə bilərlər. 

Qeyd edək ki, faciə fevral ayının 11-də saat 15.30 radələrində Masallı-Yardımlı yolunda baş verib.

“Qanun” Nəşrlər Evinin sürücüsü Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. 

Nəticədə maşında olan Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, jurnalistin bacısı 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə ciddi xəsarət alıb.

Hazırda o, evdə müalicəsini davam etdirir.