Faciəyə görə 4 nəfər saxlanıldı

facieye-gore-4-nefer-saxlanildi
Oxunma sayı: 1632

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğınla bağlı 4 nəfər saxlanılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, saxlanılanlardan biri obyektin sahibidir. Bildirilir ki, faktla bağlı üç maddə üzrə cinayət işi açılıb.

Xatırladaq ki, dəhşətli yanğın 53 nəfərin ölümünə səbəb olub. 70 nəfərdən heç bir xəbər yoxdur.

Aysel Kərimova