Əgər bir qadının evlilik barədə xəyalları varsa, o xəyalları aşmadıqca özündən heç bir zaman kişiləri başa düşməyi gözləməsin. Çünki mümkün deyil. Ümumiyyətlə bunu anlayın ki, kişilər heç bir zaman şüuraltlarında evliliyi qadınların arzuladığı kimi arzulamayıblar. Arzulaya bilməzlər. Bu onların yaradılışında yoxdur, onlara xass xüsusiyyət deyil. Əks cins oxucular arasında belə arzuları olduğunu sananların bu yazdıqlarıma qarşı çıxacaqlarını bilirəm. Buna əmin olun ki, əgər toplum basqısı, tabeçiliyində olan adam arzuları, nəsil kəsilmək qorxuları və ən əsası sevdiyi qadınla rahat həyatını yaşamaq, bir qadının hamiləlik dövründə yanında olub onda özünə aid bir parçanı daşımaq hissini yaşatmaq istəyi olmasaydı və ya toplum evlənmədən bu istəkləri gerçəkləşdirməyi adi hal kimi qəbul etsəydi kişilər heç bir zaman evlənməzdilər. Adətən həyatdan zövq almağı bacaran insanlar əclaf olur, ya da siz belə adlandırırsınız. Ağıllı kişilər bilir ki, sevgi həzzi maksimum 4 il çəkir. O belə çoxdur yəni. Geridə qalan müddət hamınızın dediyi və bildiyi müəyyən bağlılıqlardır . Onu da nəzərə alın ki, bu bağlılıqlar sonradan aşılanmış gerçəkçi olmayan, saxta, qeyri-səmimi bağlılıqlardır.
İndi gələk qadınlara: Xüsusi ilə mental dəyərlərin önəmsənildiyi ölkələrin qadınlarına. Onlar hər zaman saxtadırlar. Özləri də bundan xəbərsizdirlər. Kişilər şüursuz şəkildə bu qadınları təbii qadın adlandırırlar. Dərk edilmədən yaşanılan həyat , özünü tanımayan savadsız qadın (savad dedikdə texniki savad nəzərdə tutulmur) önəmsizdir. Öz fəlsəfəsini çözə bilməyən qadın təbii ola bilməz. Elə bilin ki, onların həyatı yuxuda yaşamaq kimidir. Çox zaman onlar heç vaxt ayılmırlar. Bizim qadınlar hədəfsiz və məqsədsiz yaşayırlar. Deyək ki, kariyera qururlar, amma gözləri doymur. Şüurlarının bir yerində ailə qurmaq xəyalı da qalır. Gerçəkliklərlə üzləşməyi bacarmırlar. İki iş heç zaman tam ola bilməz. Ya biri olacaq, ya da biri olacaq! Qərar verin. Siz ailə istəyirsiniz, yoxsa kariyera və yaradıcılıq. Yaradıcı qadın ailə qadını ola bilməyəcək! Bu mümkün deyil. Nə ailə qadını olacaqsınız, nə də yaradıcı qadın. İkisi də natamam olacaq. Siz işdə də uğur qazanır, ailə həyatınız da davam edirsə, düşünür və deyirsiniz ki, mən ikisini də bacardım. Bu lap pis. Deməli öz gücünüzü tanımırsınız. Daha böyük uğur əldə edə bilərmişsiniz. Potensialınızı ikiyə bölmüsünüz. O zaman bəli, siz güclü qadınsınız, amma tam yaradıcı və tam ailə qadın deyilsiniz. Yaradıcı qadın daima tək və bir məqsəd üçün yaşadığını bilməlidir. Hissləri bölünməməlidir. Ailə qura bilər, amma bu ömürlük olmayacaq. Bu sınamaqdır və vaz keçməkdir. Özünü bir müddət hansısa qəlibin içində hiss etməkdir. Ailə qurmağı da sınamaq lazımdır. Şüuraltınızdakı məqsəd yaradıcılığa xidmət etməkdirsə, siz yaradıcılığa materialla geri dönəcəksiniz. Övladınız olmalıdır. Bətnində bir parça gəzdirən qadının nə hisslər keçirdiyini analaya, anlada bilmək üçün. Bir övlad dünyaya gətirməlisiniz, başqa qadınlardan fərqlənə biləcək bir ana olub-olmadığınızı anlamanız üçün. Özünüzdə böyütdüyünüz bir parçanı qamarlamadan, onun nə olacağını güdmədən həyata buraxa biləcək bir ürəyə sahibsinizmi, bunu yoxlamaq üçün. Bəli, o qadın gözünüzə bir qansız, düşünə biləcəyiniz bütün təhqirlərə sahib biri kimi görünə bilər. Qoy olsun. Bir yaradıcının yaşadığı ətraf, yaxınlarına kim olması, necə davranması önəmli deyil. Toplum üçün, gələcəkdə, öldükdən sonra kim olacağı, nə qədər faydalar verməsi, toplumu bilincləndirməsidir önəmli olan. Yaradıcı qadının çevrəsinə fədakar olmaq haqqı yoxdur. Çünki o çevrə dardır, azlıqla məhdudlaşır. Əgər bir fədakarlıq etməyi gərəkdirsə, o da yaradıcılığına özünü fəda etməyi gözə almalıdır. Azərbaycan qadınlarına yaradıcı olun, bu cür olmalısınız demirəm. Yaradıcı qadın Azərbaycanda doğulmuş olsa belə o dünyalıdır, azərbaycanlı yox. Yaradıcılıq ölkə ilə sərhədlənə bilmədiyi üçün sənin hansısa xalqa, millətə aid olma haqqın yoxdur! Heç o ballandıra-ballandıra dediyiniz, gözünüzdə böyütdüyünüz avropalı, rus, amerikan, alman da olmamalıdır. Maye kimi olmalıdır. Hər qaba axanda onun fiquruna düşməyi bacarmalıdır. Ərəb qadınını da başa düşməlidir, rusunu da. Hansısa xalqı ələ salmaq haqqı yoxdur. Bu onun cahilliyi, kiçikliyidir. Mən nəinki Azərbaycan qadınları, insanlarından əl çəkmişəm. Bir-iki yazı yazıb onun qonorarı ilə bu ölkədən getməyi düşünürəm. Sizin üçün, dəyişməniz üçün yazmıram. Məqsəd yenə yaradıcılıqdır. Ölkədən getmək geniş fəzalar deməkdir. Başa salmağı və başa düşülməyi gözləmirəm. Onları olduqları kimi qəbul edir, anlayış göstərməyə çalışıram. Onlar sadəcə xoşbəxt olmaq istəyir. Əgər xoşbəxtlik məhfumu varsa. Pis şey istəmirlər ki. Bütün xalqı yaradıcı etmək və yaradıcıları anlamalarını qəti şəkildə istəmirəm. Mümkün də deyil.
Azərbaycan qadını bilirsiniz niyə sevgili ola bilmir? Çünki fahişəsi də ailə arzulayır. Öz rolunu düzgün ifa etmir. Kişinin beyninin ətini yeyir... Bilirsiniz Azərbaycan kişiləri niyə qadınını bütün qadınlardan dəyərsiz hesab edir? Çünki toplum olaraq qadınları sadiq hesab olunur. Heç evli deyillər, sevgilidirlər və ayrılırlar. Qız maymaqca oturub düşünür ki, qoy görsün ki, sadiq qızam qayıtsın. Bu kişi xislətidir. Kişilər qadınları “orospu” olunca sevirlər, anlayın artıq! Əslində anlayırsınız, bilirsiniz ki, həmişə sevilən “orospu”lar olur (bədən şərt deyil, ruhu orospu.). Siz də o orospuları daşıya bilməyən cılız adamların sığınacaq yeri, arvadı olursunuz. Səbəb bilirsiniz yenə də nədir? Səbəb sizin dərdiniz onun sevgisi yox, uşaqlıqdan arvad olma xəyallarınızdır. Onun sevgisini istəsəydiniz, gerçəkdən sevmiş qadın olsaydınız onları həyatınızdan rədd etməsini biləcəkdiniz. Etiraf etməsələr belə bir yerlərdə hər zaman seviləcəkdiniz. Amma siz arvad olmağı seçdiniz. Sevgini yox. Nə sevgini seçə bilirsiniz, nə yaradıcılığı, nə də arvad olmağı. Çox ac gözsünüz. Hamısını birdən istəyirsiniz. Ona görə də nə sevgi, nə yaradıcılıq, nə də arvad ola bilmək sizə doğru gəlməyəcək.