Faiq Ağayev itlərin yandırılmasından danışdı

faiq-agayev-itlerin-yandirilmasindan-danisdi
Oxunma sayı: 1682


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti bu cür addım atan insanların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib:

“Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə itlərin yandılması ilə bağlı məlumatlar yayılıb. Bundan öncə də adamı vahiməyə gətirən bu tərz xəbərlər cəmiyyətimizin kəskin reaksiyasına səbəb olub.

Heyvanlara qarşı həssas insanam. Bu cür xəbərlər məni üzür. Bu - insaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır.

Təklif edirəm ki, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın, mövcud qanunvericiliyə dəyişikliklər edilsin və heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti tətbiq olunsun”.

Könül