Faiq Ağayev konsert verdi - Fotolar

Faiq Ağayev konsert verdi
Oxunma sayı: 2175

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Faiq Ağayevin konserti keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, tanınmış estrada ulduzu tamaşaçılar qarşısında sevilən, məşhur mahnıları ilə çıxış edib. 

Bir saatdan artıq davam edən konsert proqramı izləyicilər tərəfindən böyüş coşqu ilə qarşılanıb. 

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq həftəsonlarında müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı məqsədilə təşkil olunur.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi