Faiq Ağayev Tağı Əhmədova təşəkkür etdi

faiq-agayev-tagi-ehmedova-tesekkur-etdi
Oxunma sayı: 637

“Qafqazinfo.az”nun məlumatına görə konsert öncəsi təsüratlarını mediaya ilə bölüşən müğənni konsertin hazırlıq proseslərinin davam etdiyini söyləyib. “ 25 illik Səhnə fəaliyyətinə hesabat xarakterli daşıyan konsertim öncəsi mənim bu konsertimdə əməyi keçən hər kəsə minnətdaram. Bu konsertimə xüsusi dəvətnamə verməyəcəyəm. Konsertimin də özəlliklərindən biri məhz budur. Kimlər özləri mənə gəlmək istədiklərini desələr, onları canla-başla konsertimə dəvət edəcəyəm” deyə müğənni vurğulayıb.


Daha sonra konsertdə təqdim olunacaq sözləri Xuraman Vəfaya, musiqisi Nailə Mirmmədliyə məxsus olan “Əlvida” mahnısını təqdim edən müğənni klipinin Aygün Kazımovanın və Röyanın kliplərindən geri qalmadığını vurğulayıb. “Mən özümdə Röyanın və Aygünün kliplərinə baxıram. Çox bəyənirəm. Amma mənim klipimdə onların kliplərindən heç də geri qalmır”.

Qeyd edək ki, konfrans zamanı, xalq artisti baş tutacaq “F.A. Vida” konsert öncəsi konsertin təşkilinə və reklamına görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Heydər Əliyev Sarayının rəhbərliyinə, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova öz dərin minnətdarlığını dilə gətirib.

Aynur Babayeva