Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə küsülü olması barədə yayılan xəbərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə Rusiya Prezidenti Vladimir Putinin KİV-də yerləşdirilən yalan məlumatlar barədə açıqlamasını paylaşaraq Kazımova ilə münasibətlərinin korlanmadığını bildirib.
Putin çıxışında belə qeyd etmişdi ki, saxta xəbərlərlə bağlı problem günü- gündən daha təhlükəli vəziyyət alır.
***
Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, onların dostluğu tam sürətlə davam edir:
“Aygünlə illərə dayanan dostluğumuz var. Bunu silib atmaq mümkün deyil. Aramızda zaman-zaman narazılıqlar olsa da, həmişə bütün olmağı bacarmışıq. Hər şey yolundadır. “Facebook”da yazdığım statusun isə nə Aygünə, nə də media orqanlarında adı hallanan digər ifaçılara aiddiyyəti yoxdur”.

Son xəbərlər
Son Xəbərlər