“Qafqazinfo”nun məlumatına görə, xalq artisti müğənni İradə İbrahimovanın “Aparıcı olsaydım, Faiq Ağayevin nitqini özümə örnək götürərdim” sözlərinə münasibət bildirib:
“İradə ilk addımlarını mənim himayəmdə atdığını danmır. Aramızdakı ən möhkəm körpü bacısı Nigar İbrahimovadır. İradə mənimlə məclislərə, konsertlərə gedərkən təcrübə yığıb. İndi o təcrübəni inkişaf etdirib. Məncə, İradə yaxşı aparıcı olardı”.
F. Ağayev vəfasız dostlarından da söhbət açıb:
“Ətrafımdakı insanlar 8 ildən bir sıfırlanır. 20 ildir ki, dostluq etdiyim dostlarım var. Son vaxtlar ətrafımdakılar 1-2 ildən sonra yox olurlar. O insanlar mənim imtahanımdır. Yəqin, onlar mənə nəsə öyrətməyə gəliblər. O insanlar həyatımdan getməsəydi, mənim üçün daha pis olardı”.
Könül
Son xəbərlər
Son Xəbərlər