Faiq Qarayevin səhhətində problem yarandı

faiq-qarayevin-sehhetinde-problem-yarandi
Oxunma sayı: 2809

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, 62 yaşlı mütəxəssis müalicə olunmaq üçün Türkiyəyə yollanıb. 

Məlumatı AVF-nin mətbuat xidmətindən də təsdiqləyiblər. 

Qeyd edək ki, Faiq Qarayevin Azərbaycan Voleybol Federasiyasındakı vitse-prezident vəzifəsindən istefa verdiyi də deyilir. 

***

Federasiyanın mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Faiq Qarayev Türkiyədə müayinədən keçib və səhhətində o qədər də ciddi problemlər yoxdur. Yaxın günlərdə Azərbaycana qayıdacaq. 

Onun istefası ilə bağlı söz-söhbətlər isə doğru deyil. Faiq Qarayev Azərbaycana qayıdandan sonra vəzifəsini yerinə yetirəcək.