Faiq Qarayevlə bağlı sərəncam

faiq-qarayevle-bagli-serencam
Oxunma sayı: 3207

Azərbaycan Prezidenti İlham Əliyev tanınmış məşqçi Faiq Qarayevlə bağlı sərəncam verib. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti olan  Qarayev qadın voleybolçulardan ibarət milli yığmanın da baş məşqçisidir.