Faiqin instaqram profilini kim oğurlayıb?

faiqin-instaqram-profilini-kim-ogurlayib
Oxunma sayı: 1104

Xalq artisti Faiq Ağayevin rəsmi İnstaqram profili geri qaytarılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. 

Oğurlanan hesabını geri qaytaran xalq artisti izləyicilərinə videomüraciət edib:

“Sizinlə bir xoş xəbəri paylaşmaq istəyirəm. İstaqram hesabım üzərində idarə məndədir. Oğurlanma nəticəsində paylaşımlarımın yarısı silinib. Yəqin ki, sabah hər şeyi dəqiq deyəcəm. Həmin şəxslərin ad, soyadları, şəxsi mobil nömrəsi, ev ünvanı belə aşkarlanıb”. 

Xatırladaq ki, naməlum şəxslər profili ələ keçirərək canlı yayıma qoşulublar. Sənətçinin paylaşdığı skrin-fotolardan məlum olub ki, profili ələ keçirənlər qisas simvolu sayılan “Vendetta” maskasından istifadə ediblər.