Faiz Sərac Moskvadan İstanbula getdi

Faiz Sərac Moskvadan İstanbula getdi
Oxunma sayı: 1136

Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sərac Moskva görüşündən sonra Türkiyəyə səfər edib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, o, hazırda İstanbuldadır.

Xatırladaq ki, yanvarın 8-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin tərəflərini barışmağa çağırıblar və danışıqlar masasına oturmağı təklif ediblər. Xəlifə Haftar əvvəlcə Rusiya və Türkiyə liderlərinin təklifini rədd edib və Tripolidə hücumu davam etdirməyə qərar verib. Lakin daha sonra tərəflər yanvarın 12-si gecə saatlarında atəşkəs elan ediblər.

Yanvarın 13-də Moskvada Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında görüş keçirilib. Lakin Haftar Sərac ilə Liviyada atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi