Faiz Sərrac istefaya gedəcəyini açıqladı

Faiz Sərrac istefaya gedəcəyini açıqladı
Oxunma sayı: 1099

Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərrac yaxın vaxtlarda istefa verəcəyini elan edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, televiziya tərəfindən yayımlanan çıxışında Faiz Sərrac oktyabrın sonuna kimi vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Səlahiyyətlərimi ən uzağı oktyabrın sonuna qədər yeni icra hakimiyyəti orqanına ötürmək üçün səmimi niyyətimi bildirirəm”,- deyə Sərrac çıxışında qeyd edib.

O, bu qərarını oktyabrın sonuna qədər danışıqlar komitəsinin işini başa çatdırması və yeni bir Prezident Şurasının yaradılması ilə izah edib. Sərrac tezliklə parlament və prezident seçkilərinin uğurla keçirilməsinin mümkünlüyünə ümid bəslədiyini bildirib.

Qeyd edək ki, Faiz Sərrac 2016-cı ildən etibarən Liviya Milli Razılıq Hökumətinin Baş Naziri vəzifəsini icra edir, eyni zamanda Liviyanın ən yüksək icra orqanı olan Prezident Şurasının sədridir.