“Faktiki olaraq NATO-nun üzvüyük” - Reznikov

faktiki-olaraq-nato-nun-uzvuyuk
Oxunma sayı: 3670

“Ukrayna faktiki olaraq NATO-nun üzvüdür”.

“Qafqazinfo” xəbər verir ki, bunu BBC-yə müsahibəsi zamanı Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Ukrayna NATO-nun de-yure deyil, de-fakto üzvüdür. Çünki Qərb ölkələri bizə silahlar verir və ondan necə istifadə etməyi bilirik. Əminəm ki, yaxın gələcəkdə biz de-yure olaraq da NATO-ya üzv olacağıq”, - deyə Reznikov bildirib.

O qeyd edib ki, ruslar Ukraynada NATO ilə vuruşduqlarını iddia edir:

“Çünki qərb baş verənləri işğalçılıq müharibəsi adlandıraraq bizi silahla təchiz edib”.