Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovun paytaxtın Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tahir Talıbov falçılıq fəaliyyəti ilə məşğul olub. Falçının Məhəbbət Cahangirov üçün yazdığı dua əks effekt verdiyinə görə onu öldürüb.
Murad ƏHməd
Son xəbərlər
Son Xəbərlər