Fanatı hədiyyə etdiyi ayaqqabısını satışa çıxardı - Demet əsəbiləşdi

fanati-hediyye-etdiyi-ayaqqabisini-satisa-cixardi
Oxunma sayı: 2728

27 dekabrda Tarsusda konsert zamanı doğum günü olan bir fanatına çəkməsini hədiyyə edən müğənni Demet Akalın gözlənilməz hərəkətlə qarşılaşıb.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, Duyqu Dəmir adlı fanat aldığı hədiyyə çəkməni internetdə satışa çıxarıb.

Bundan xəbər tutan D.Akalın xəyal qırıqlığı yaşayıb və sosial media hesabında həmin fanatın çəkməni geri qaytarmasını istəyib:

“Bəzən bəziləri həqiqtən heç nəyi haqq etməz. Hədiyyə xatirə kimi saxlanılar, satışa çıxarılmaz. Geri göndər... Mən qiymət verəcək həqiqi fanatıma verərəm”.

Qeyd edək ki, çəkmənin dəyərinin 7 min lirə (təxminən 3100 manat) olduğu bildirilir.