“Fanatı Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdı”

fanati-niyameddin-musayevi-gencede-bicaqlamisdi
Oxunma sayı: 4255

Xalq artisti Aygün Kazımova illər əvvəl həmkarı Niyammədin Musayevin fanatı tərəfindən bıçaqlandığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “MTV özəl” proqramına qonaq olarkən bildirib. O, hadisənin Gəncədə baş verdiyini deyib: “Gəncədə böyük bir konsert keçirmişdik. O zamanlar cəsarətli bir müğənnin şoularına öyrəşməmişdilər. 90-cı illərdə orada qadın müğənninin səhnədən düşüb tamaşaçıların yanına getməsi riskli idi. 

Cavanşir Quliyev (red- bəstəkar) xəbərdarlıq edirdi ki, səhnədən enmə! Amma məndən asılı olmurdu. Hətta Xalq artisti Niyaməddin Musayevin fanatı Gəncədə onu bıçaqlamışdı.  Bu səbəbdən hər kəsdə bir qorxu var idi. Cavanşir Quliyev bunu  bilirdi və deyirdi ki, Gəncə tamaşaçısı ciddidir, birdən zarafatlarımı başa düşməz”.

Eyni zamanda, sənətçi faəliyyəti dövründə üzləşdiyi qadağalardan da bəhs edib: “Heydər Əliyev Sarayında çox qadağalar olub. Deyirdilər ki, yupkanı aşağı salıb səhnəyə çıx, düz dayan! Mənim ilk qadağa pozuntum “Yurmala” festivalında olub. Mikrofonu qoyub arxadan çıxmalı idim, amma səhnədən yerə tullandım”.