Fanatı onu görmək istədi - Polisə verdi

fanati-onu-gormek-istedi
Oxunma sayı: 1919

Türkiyənin pop ulduzu Hadisə evinə girməyə çalışan pərəstişkarından polisə şikayətçi olub. “Qafqazinfo” xəbər verir ki, 32 yaşlı Serhan O. son anda saxlanılıb və müğənnini görmək üçün mənzilə daxil olmaq istədiyini bildirib. 

O, polisə ifadəsində “Hadisənin fanatıyam. Orada yaşadığını öyrəndim. Küçəyə girmək üçün tikanlı məftilləri aşdım. Məqsədim onu görmək idi. Bunun üçün kədərliyəm və peşmanam” deyib. 

Hadisə isə Serhanı bağışlamayıb: “Etdiyi hərəkət qorxuncdur. Məqsədinin nə olduğunu bilmədiyim şəxs evimə gəlir. Hadisə zamanı çox qorxmuşam”.

Müğənni pərəstişkarının 3 aydan 1 ilədək həbsini istəyir.