Fanatlar Sultan Mehmeti stadiona “gətirdilər”

fanatlar-sultan-mehmeti-stadiona-getirdiler
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, sarı- qırmızıların azarkeşləri komandalarını dəstəkləyərkən tarixi bir faktdan da istifadə ediblər. Belə ki, oyunun başlamasına az qalmış azarkeşlər stadionda əllərindəki rəngli kağızlardan qala görüntüsü yaradıblar. Daha sonra isə stadionun mərkəzində atın üzərində Avropanı fəth edən Fateh Sultan Mehmetin fiquru peyda olub. Diqqət çəkən digər bir detal isə türk sultanının əlində “Qalatsaray”ın bayrağını tutması olub.

Bunun ardınca stadionun qarşı tərəfində “Avropanın yenidən fəthi”, “Kralın dönüşü” kimi ifadələr yazılan plakatlar nümayiş olunub.

Qeyd edək ki, bu vizual şou azarkeşlərə 35 min liraya (təxmini 17min 500 azn) başa gəlib.

Sevinc