Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədi ilə 30.05.2019-cu il tarixdə hərəkətdə olan 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı təyin edilib.
Azərbaycan Dəmir Yollarından “Qafqazinfo”ya daxil olan məlumata görə, qatar Bakıdan 30.05.2019-cu il tarixdə saat 8:00-da Tbilisiyə yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və “online” vasitəsi ilə əldə oluna bilər.
Son xəbərlər
Son Xəbərlər