Fani qasırğası can aldı

fani-qasirgasi-can-aldi
Oxunma sayı: 1058

Hindistanın Odişa ştatında Fani qasırğası zamanı dünyasını dəyişənlərin sayı artıb.

 “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölü sayı 3-dən 8 nəfərə çatıb. Bildirilir ki, təhlükəsizlik məqsədilə ştatdan 1 milyona yaxın insan təxliyə olunub, bölgədə qatarların hərəkəti dayandırılıb. 

Qasırğa hazırda İndostana sahili ilə şimal-şərq istiqamətində hərəkət etməkdədir.

Aysel Kərimova