Farel Vilyams Bakı səhnəsində - Fotolar

farel-vilyams-baki-sehnesinde
Oxunma sayı: 2980

İyunun 19-da Formula-1 Avropa Qran-prisi başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə maraqlı əyləncə proqramı keçirilib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, tanınmış müğənni Farel Vilyams əsas səhnədə yer alaraq Avropa Qran-prisinə yekun vurub.

Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxil olub. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunub.

Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı atəşfəşanlıqla başa çatıb.