Fasilә başa çatdı - Tur Qәbәlәdә başlayır

fasil-basa-catdi-
Oxunma sayı: 1032

Bu gün Topaz Premyer Liqasında üçüncü dövrəyə start veriləcək.

Qafqazinfo” xəbər verir ki, çempionatdakı 41 günlük fasiləyə son qoyacaq XV turun oyunları 2 gün ərzində keçiriləcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. “Qəbələ” bu görüşdə lider “Qarabağ”dan daha da geri düşməmək üçün qalib gəlməyə çalışacaq. Qış fasiləsinə 4-cü pillədə yollanan Samir Abasovun komandası isə özündən 2 xal geridə qalan “Kəpəz” və “Zirə”ni irəli buraxmamaq üçün çətin Qəbələ səfərindən xalla dönməyə çalışacaq.

Günün ikinci oyunu Bakıda, “İnter Arena”da baş tutacaq. Aparıcı üzvləri – Ruslan Abışov və Ağabala Ramazanovla yollarını ayıran “İnter” qış fasiləsindən sonrakı ilk oyununu “Kəpəz”ə qarşı keçirəcək. Hazırda turnir cədvəlində yalnız “Qarabağ” və “Qəbələ”dən geri qalan “İnter” onlardan uzaqlaşmamaq üçün gəncəlilərlə qarşılaşmada qələbə qazanmalıdır. Ancaq bakılıların işinin asan olmayacağı dəqiqdir. Bunu komandalar arasında cari mövsümdə baş tutan oyunlar göstərir. Belə ki, komandalar arasında ilk iki dövrədə baş tutan oyunlarda “sülh” qeydə alınıb. Bu da oyunun hər iki komanda üçün çətin keçəcəyindən xəbər verir.

Topaz Premyer Liqası

XV tur

28 yanvar (şənbə)

“İnter”“Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Məlik Həsənov

“İnter Arena”, 17:30

***

Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Şaiq Həmidov

Qəbələ şəhər stadionu, 15:00