Fasilə baş çatdı, tur Gəncədə başlayır

fasile-bas-catdi-tur-gencede-baslayir
Oxunma sayı: 735

Bu gün Topaz Premyer Liqasında qı fasiləsi başa çatır. “Qafqazinfo” xəbər verir ki, 19-cu tur 2 oyunla start götürəcək.

“Kəpəz” Gəncədə “Qəbələ”ni qonaq edəcək. “Neftçi” isə “Bakcell Arena”da “Sumqayıt”la qarşılaşacaq.

Topaz Premyer Liqası
3-cü dövrə
10-cu tur

30 yanvar (şənbə)

14:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov
Mövsümün ilk yarısındakı oyunlar: 0:1, 2:1
Gəncə şəhər stadionu

16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
Mövsümün ilk yarısındakı oyunlar: 2:1, 2:1
8-ci km qəsəbə stadionu