Fasilə başa çatır

fasile-basa-catir
Oxunma sayı: 1030


“Qafqazinfo” xəbər verir ki, fevralın 1-dən etibarən çempionatımızın XIX turu star götürəcək. Turun ilk maraqlı qarşılaşmasından biri “Tofiq Bərhamov adına Respublika stadionunda “Qarabağ”la “Xəzər Lənkəran”arasında oynanılacaq. Bu önəmli matça elə bu şənbə saat 17:00-da başlayacaq. Hər iki komanda yaranmış fasilədən istifadə edərək hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirdilər. “Qarabağ” fasiləyə 36 xalla lider kimi yollandısa, “Xəzər Lənkəran” 22 xalla VIII sırada yer aldı.

Turun açılış oyununu “Sumqayıt” “Qəbələ”yə qarşı keçirəcək. Fevralın 2-də “Neftçi” “Simurq”u, “İnter” “Azal”ı qonaq edəcək.


İqbal