Fatih Terim əsəbiləşib mətbuat konfransını tərk etdi

fatih-terim-esebilesib-metbuat-konfransini-terk-etdi
Oxunma sayı: 2040

Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan öncə olan mətbuat konfransında tərcüməçiyə əsəbiləşərək zalı tərk edib.

Qafqazinfo” xəbər verir ki, buna səbəb türkiyəli jurnalist Mehmed Demirkolun “niyə mənimlə, ya mənsiz milli komanda yoluna davam edəcək dediniz” sualının ingilis dilinə tərcümə edilməməsi olub.

Terim tərcüməçiyə əsəbiləşərək “burda çoxlu sayda əcnəbi vətəndaş var, sualları ingilis dilinə çevirməlisən” deyərək mətbuat zalından çıxıb.