Sabah Avropa Çempionatının qrup mərhələsində Türkiyə millisi ilk görüşünü keçirəcək. “Qafqazinfo” xəbər verir ki, “ay ulduzlular” Xorvatiya yığması ilə qarşılaşacaqlar.
Qardaş ölkə yığmasının baş məşqçisi Fatih Terim komandasının bu oyuna “İlk matçı qazan, yol yarıla” deyə motivasiya edir. Təcrübəli mütəxəssis bundan başqa komanda üçün 8 qayda müəyyənləşdirib. Terimin qaydaları isə belədir:
1. Səbr çox önəmlidir. Meydanda hər zaman səbrli olun.
2. Tez qərar verin və əməl edin.
3. Sürətli oynayın.
4. Topa sahib olun.
5. Müdafiəyə ümid olmayın.
6. Öz oyununuzu diktə edin. Rəqibin oyununu bu şəkildə pozun.
7. Cəsur olun. Meydanda zərbə vurmaqdan çəkinməyin.
8. Oyununuzu irəlidə qurun.


Son xəbərlər
Son Xəbərlər