Fatih Terimin köməkçiləri müəyyənləşdi

fatih-terimin-komekcileri-mueyyenlesdi
Oxunma sayı: 810

Qol.Az-ın Türkiyənin "NTV" telekanalına istinadən verdiyi məlumata görə, Fatih Terim köməkçilərini 2000-ci ildə UEFA Kubokunu qazanan əfsanə komandanın üzvləri sırasından seçib.

Hasan Şaş, Ümit Davala və Claudio Taffarel yeni dönəmdə baş məşqçinin köməkçiləri olacaqlar. Fatih Terim əvvəllər milli komandada birlikdə çalışdığı amerikalı Scott Pirini də köməkçiləri sırasında görmək istəyir. O, gənc yaşlarında kəşf etdiyi Vedat İnceefenin də klubun texniki heyətində yer almasını arzulayır.