Fatih Terimin son durumu necədir?

fatih-terimin-son-durumu-necedir
Oxunma sayı: 2170

COVID-19-a yoluxan “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim virusla mübarizə aparırlar.

 “Qafqazinfo” xəbər verir ki, 66 yaşlı məşqçinin qızı Buse Terim sosial şəbəkə hesabında atasının sağaldığı barədə yayılan xəbərin doğru olmadığını qeyd edib:
 
“Atamın son testinin cavabı hələ gəlməyib. Son xəbərlər doğru deyil. Atam virusa hələ qalib gəlməyib. O, özəl klinikada müalicə alır. Gözəl xəbərlər gələn zaman paylaşarıq”.
 
Xanımı Şükran Albayrakla birgə koronavirusa yoluxan Abdurrahim Albayrak sağaldıqları barədə xəbəri təkzib edib. O, müalicəyə davam etdiklərini deyib: “Son testimin cavabı hələ gəlməyib. Xəbər çıxan kimi məlumat yayacağam. Hər birinizə təşəkkür edirəm”.