Fatimə artıq qızını gizlədir - Xahişi də var...

fatime-artiq-qizini-gizledir
Oxunma sayı: 3347

Rəqqasə Fatimə Fətəliyeva müzakirələrə səbəb olacaq qərar verib. 

“Qafqazinfo” xəbər verir ki, tanınmış sima instaqramda mətbuat nümayəndələrinə müraciət edərək onun şəxsi həyatı barədə yazıların və övladlarının fotolarının dərc edilməməsini istəyib:

“Sizdən əvvəlcə xahiş edirəm. Ailəm və övladlarım barədə heç nə paylaşmayın. Mən şəxsi instaqram səhifəmdə paylaşıram, amma sizə icazə vermirəm. Tələb edirəm, belə hal baş verməsin! Sənət insanı mənəm, mənim barəmdə yazın, amma ailəmə toxunmayın”.

Bundan əvvəl isə rəqqasə ad günü olan qızına sürpriz edib, instaqramda sözügedən gündən görüntülər paylaşıb. O, yeni ailə həyatı quran Aydanın üzünü gizlədib.