Bloqer Fatima Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, hər iki şəxs ictimai yerdə nalayiq hərəkətlərə görə polis şöbəsinə dəvət olunub.
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda qeyd olunub.
Saxlanılan şəxslərdən Nicat İsmayılın Qəbələ rayonu ərazisində küçədə sərxoş halda söyüş söydüyü deyilir.
***
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hər iki şəxslə profilaktik iş aparılıb və onlar sərbəst buraxılıblar.