Fatma Girik 56 illik həyat yoldaşının yanında dəfn olunacaq

fatma-girik-56-illik-heyat-yoldasinin-yaninda-defn-olunacaq
Oxunma sayı: 7019

Bu səhər müalicə aldığı xəstəxnada koronavirusla əlaqədar olaraq orqan çatışmazlığından dünyasını dəyişən Türkiyə kinosunun əfsanəvi aktrisası Fatma Girikin 3 il əvvəlki vəsiyyəti yerinə yetiriləcək.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 56 illik həyat yoldaşı, rejissor Memduh Ünün yanında dəfn ediləcək. Fatma Girik 2019-cu ildə verdiyi müsahibədə cənazə mərasimi ilə bağlı bunları deyib: "Nəticədə robot deyiləm, canlıyam. Bir gün, əlbəttə, öləcəyəm. Memduha qovuşacam. Ölüm pis bir şey deyil. Biz getməliyik ki, ardımızca yeniləri gəlsin. Ölərkən təmtəraqlı dəfn mərasimi istəmirəm. Səssiz-sədasız getmək istəyirəm". 

Qeyd edək ki, Memduh Ün 2017-ci ildə vəfat edib. Fatma Girikin cənazəsi sabah Şişlidə anım mərasimindən sonra Bodruma göndəriləcək.