Fatma Hüseynovanın evindən oğurluq edildi

Fatma Hüseynovanın evindən oğurluq edildi
Oxunma sayı: 2780

Sabirabadda sosialist əməyi qəhrəmanı Fatma Hüseynovanın evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabirabad rayon sakini Fatma Hüseynova polisə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlandığını bildirib.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fatma Hüseynova Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb, 2 dəfə “Lenin” ordeni, 2 dəfə “Şərəf Nişanı” ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.