Fatmayıda ağır qəza - Ölən və yaralanan var

fatmayida-agir-qeza
Oxunma sayı: 2233

Abşeron rayonu Fatmayı qəsəbəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəsəbə ərazisində “VAZ 2105” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən - 29 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. 20 yaşlı oğlan isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza