“Favorit bizik” - “Səbail”in rəqibinin prezidenti

“Favorit bizik”
Oxunma sayı: 537

““Səbail”in ötən mövsümdəki çıxışına nəzər yetirdik. Yaxşı mövsüm keçiriblər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Avropa Liqasının ilk təsnifat mərhələsində “Səbail”in rəqibi olan Rumıniyanın “Universitatya Krayova” klubunun prezidenti Sorin Çartyu deyib.

Klub rəsmisi cütlüyün şansı dəyərləndirib və özlərini favorit sayıb: “Rəqib haqqında daha çox informasiya toplamağa çalışacağıq. Biz favoritik və ancaq növbəti mərhələyə adlamaq haqqında düşünürük. Heyətimizi yeni futbolçularla gücləndirəcəyik. Sezar Meza Kolli ilə yollarımızı ayıracağıq. Bundan başqa Nuno Roşa, Donkor, Andrey Kristea da gedəcək. Yeni  futbolçular alacağıq. Ötənilki səhvləri təkrarlamamalıyıq”. 

Qeyd edək ki, “Səbail”lə “Universitatya Krayova” arasında ilk oyun iyulun 11-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Krayovada baş tutacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi