“Favorit” market velosiped yolunu zəbt etdi - Video

favorit-market-velosiped-yolunu-zebt-etdi
Oxunma sayı: 1274

Yeni çəkilən velosiped zolağının üzərində avtomobil dayanacağı salıblar. Nəticədə velosipedçilər yolun hərkət hissəsindən keçmək məcburiyyətində qalıblar. 

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Binəqədi-Novxanı yolundandır.Yolun kənarında yerləşən "Favorit" market velosiped zolağını zəbt edib. Marketə alış-verişə gələnlər avtomobili düz zolağın üzərində saxlayırlar. Nəticədə də velosipedçilər yolun əsas hissəsinə çıxırlar ki, bu da onlar üçün təhlükəlidir.

Hətta velosiped zolağının silinərək yerində parklanmanın olduğunu bildirən zolaqlar çəkilib. Bu isə velosipedçilərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı həmin marketin müdiri Elnur Abışov deyir ki, piyada zolağını qısa zamanda təmizləyəcəklər. Bundan sonra velosiped zolağı bərpa olunacaq.