“Faxralı” və “Şuşa” kafeləri karantini pozdu - Foto

faxrali-ve-susa-kafeleri-karantini-pozdu
Oxunma sayı: 2811

Bakıda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Binəqədi rayonunun Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.